«»Kicik summativ qiym?tl?ndirm? numun?l?ri» I f?sil uzr? (6-c? sinif)»


Biologiya 6-cı sinif
Kiçik summativ qiymətləndirmə nümunələri
I fəsil üzrə Kiçik summativ qiymətləndirmə №1
1.Düzgün fikirlərin altından xətt çəkin:
Bitki örtüyü fauna/ flora adlanır
Azərbaycanda130/140-a yaxınbitki,119/108 növ heyvan nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdir.
Eldar şamı/küknar Azərbaycan təbiətinə xas bitki sayılır.
Biologiyanın bitkiləri öyrənən şöbəsi Mikologiya/Botanika adlanır
2.Verilmiş açar sözlərdən istifadə edərək ifadələri tamamlayın:
Xəzər dənizində yeganə su məməlisi..................... adı Qirmızı kitaba daxil edilmişdir.İnsan öz fəaliyyəti ilə təbiətə..................... və dolayı yolla təsir edir.Orqanlardan ................... yaranır.Orqanizmlərin ətraf mühitdə baş verən bütün dəyişkənliklərə cavab verməsi ....................
adlanır. Təsnifatın ən kiçik vahidi ..............
Açar sözlər: qıcıqlanma,birbaşa,Xəzər suitisi,növ,orqanlar sistemi.
3.Şəkildə hansı canlı növü göstərilmişdir.

Onu öyrənən elm sahəsini göstərin:
A)Botanika , B)Mikologiya , C)Bakteriologiya, D)Ekologiya
4.Uyğunluğu müəyyən edin:
Biologiyanın sahələri: Sözlərin mənaları:
A.Botanika 1.”heyvan, elm”
B.Ekologiya 2.”zəhər”
C.Mikologiya 3.”ot,bitki ,göyərti”
D.Zoologiya 4.”çubuq”
E.Bakteriologiya 5.”ev, yaşayış məskəni”
K.Virusologiya 6.”göbələk”
5.Hüceyrələr birləşərək nə əmələ gətirir?
A)Toxuma , B)Orqan, C) Orqanizm, D)Orqanlar sistemi
6.İnsanın biososial təbiətini əks etdirən cədvəli açar sözlərdən istifadə edərək tamamlayın
Bioloji xüsusiyyətlər Sosial xüsusiyyətlər
Açar sözlər: tənəffüs, əmək,qidalanma, ifrazat,ictimai həyat tərzi, hərəkət, təfəkkür, nitq,çoxalma.
7.Düzgün cümlələri qeyd edin:(“+” və “-“ –la)
A. Canlıların ən kiçik quruluş vahidi toxumadır.
B. Bədən kütləsinin və ölçüsünün artması böyümə adlanır
C.Canlılar 3 aləmə bölünür.
D.”Bakterion “ – “zəhər “ deməkdir.
E.İlk elmi təsnifat sistemi İsveç alimi K. Linneyə məxsusdur.
8.Təsnifat sistemində ən böyük vahid hansıdır?
A) növ, B)sinif, C)dəstə, D)aləm ,E)fəsilə
9.Uyğunluğu müəyyən edin:
A.Qıcıqlanma 1.Canlı öz irsi xüsusiyyətin yeni nəslə verir.
B.Hərəkət 2.Canlılar ətraf mühitdə baş verən dəyişkənliklərə
reaksiya verirlər.
C.Çoxalma 3.Canlılar mühitdə yerlərini dəyişir.
D.Tənəffüs 4.Daim zəruri maddələr qəbul edir.
E.Qidalanma 5.Qazlar mübadiləsi həyata keçirilir.
10.İnsanda insanabənzər meymundan fərqli olaraq kəllənin beyin şöbəsi ilə üz hissəsi arasındakı uyğunluq hansı cavabda düzgün göstərilmişdir.
A) Hər ikisi eyni ölçüdədir.
B) Beyin şöbəsi daha böyükdür.
C)Üz şöbəsi daha böyükdür.


Приложенные файлы


Добавить комментарий