Biologiya 7-ci sinif III f?sil uzr? kicik summativ qiym?tl?ndirm?


III fəsil üzrə kiçik summativ qiymətləndirmə
1. Uyğunluğu müəyyən edin:
A. Şam I . Kölgəyədavamlı
II. İşıqsevən
B. Küknar III. Yarpağının ömrü 2-3 il
IV. Yarpağının ömrü 5-7 ii
V. İynəyarpaqları cüt-cüt yerləşir.
VI. Kökləri torpağın üst qatlarına yayılr.
2.Doğru cavab variantlarını seçin:
Dişi qozalar yaşıl/ qırmızı rəngdə olur.
Çılpaqtoxumlularda toxumlar külək /su vasitəsi ilə yayılır.
Sperm və yumurta hüceyrənin mayalanmasından ziqot/ spor əmələ gəlir.
3.Xaççiçəkli bitkilərin verildiyi sıra hansıdır?
A)Ağ turp, dəlibəng, qızılgül
B) Vəzəri , kələm,ağ turp
C) Vəzəri ,qızılgül, kələm
D)Ağ turp, kələm, itburnu
E) İtburnu, alma , kələm
4.Verilmiş xüsusiyyətləri nömrələrlə cədvəlin xanalarında yerləşdirin:
1) Lobya, 2) K5L5E5D1, 3) paxlameyvə, 4) giləmeyvə və qutucuqmeyvə,
5) kartof, 6) K5L5E10D1, 7) noxud, 8) akasiya, 9) pomidor , 10) dəlibəng
Fəsilələr
Çiçək düsturu Meyvə tipi Nümayəndələri
Paxlalılar
fəsiləsi Badımcançiçəklilər
fəsiləsi 5.Uyğunluğu müəyyən edin:
A. Örtülütoxumlular I. Şam, küknar, sərv
şöbəsi II. Çiçək və meyvə əmələ gətirmə
B. Çılpaqtoxumlular III. Pulcuqlardan ibarət qoza
şöbəsi IV. İkiqat mayalanma
V. Toxumun meyvənin içərisində örtülü yerləşməsi
VI. Toxumun açıq halda yerləşməsi
6.Gülçiçəklilər fəsiləsinin çiçək düsturu hansı variantda düzgün verilib?
A) K5L5E∞D∞ B) K4L4E4+2D1
C) K5L5E5D1 D) K5L5E9+1D1
7.Düzgün variantların altından xətt çəkin:
Taxıllar fəsiləsinin meyvəsi qutucuq / dənmeyvədir.
Xaççiçəklilər fəsiləsində erkəkciklərin sayı 6 / 10-dur.
Kartofun meyvəsi zəhərli / yeməlidir.
İtburnu xaççiçəklilər / gülçiçəklilər fəsiləsinə aiddir.
8. Birləpəlilər və ikiləpəlilər sinfinə aid əlamətləri cədvəlin uyğun
xanalarına yazın:
Siniflər
Kök sistemi Yarpağın damar-
lanma tipi
Rüşeymdə ləpənin sayı
Birləpəlilər
sinfi İkiləpəlilər
sinfi 9.Uyğunluğu müəyyən edin:
A.Günəbaxan I.Yalnız dilcik şəkilli çiçəklər
B.Eşşəkqanqalı II.Boru şəkilli və yalançı qıf şəkilli çiçəklər
C. Göyçiçək III.Yalnız boru şəkilli çiçəklər
D. Zəncirotu IV.Boru şəkilli və yalançı dilcik şəkilli çiçəklər
10. Verilmiş bitkilərin içərisindən birləpəlilər sinfinə aid olanları seçib altından xətt çəkin:
Noxud,buğda, soğan, üçyarpaq yonca, günəbaxan, zəfəran, çovdar, kələm, akasiya, kartof,qızılgül, qarğıdalı, badımcan, lalə

Приложенные файлы


Добавить комментарий